Bakı. Trend:
Futbol üzrə Almaniya milli komandasının baş məşqçi Hans-Diter Flick istefaya göndərilib.
Trend-in məlumatına görə, bu barədə Almaniya Futbol Assosiasiyasının saytında məlumat yayılıb.
Assosiasiyanın rəhbəri Bernd Neuendorf qərarın qaçılmaz olduğunu, milliyə “son məyusedici nəticələrdən sonra” yeni təkan lazım olduğunu söyləyib.
Sentyabrın 9-da Almaniya yığması yoldaşlıq görüşündə Yaponiya millisinə uduzub. Görüş 1:4 hesabı ilə başa çatıb. Bundan əvvəl almanlar ardıcıl dörd yoxlama oyununda məğlub olmuşdular.