...

“Qarabağ” - “Molde” oyununun biletləri satışa çıxarıldı - Avropa Liqası

İdman Materials 16 Sentyabr 2023 12:21 (UTC +04:00)
“Qarabağ” - “Molde” oyununun biletləri satışa çıxarıldı - Avropa Liqası
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ” və Norveçin “Molde” komandası arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

Klubun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VIP biletlərin qiyməti isə 200 manatdır.

Biletləri Ağdam təmsilçisinin “Park Bulvar”dakı fan-şopundan, eləcə də “Iticket.az”ın satış məntəqələrindən əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Molde” matçı saat 20:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti