Bakı. Trend:
Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Bakı çempionatına start verilib.
Trend xəbər verir ki, yarışlarda "Ocaq Sport" klubunun (Bakı və Hövsan), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin (Bakı Gimnastika Məktəbinin), Respublika Kompleks İdman Məktəbinin, "Grasiya" idman klubunun, Su İdmanı Sarayının, "Zirə" Mədəniyyət Mərkəzinin, "Zabrat" idman klubunun, "Şağan" Olimpiya İdman Kompleksinin təmsilçiləri çıxış edirlər.
Bədii gimnastika üzrə 28-ci Bakı çempionatı uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında idmançılar arasında keçirilir.
5-7 oktyabr tarixlərində keçirilən yarışlarda qaliblər fərdi proqramlarda çıxış edən gimnastlar arasında çoxnövçülük və ayrı-ayrı predmetlər üzrə müəyyən ediləcək.
(Tərcümə: Rəna Əbdürəhmanova; Foto: Zaur Mustafayev)