Bakı. Trend:
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsrail - İsveçrə oyununu təxirə salmaq qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bildirib.
Oyun oktyabrın 12-də İsraildə keçirilməli idi. UEFA ölkədə planlaşdırılan digər oyunları da təxirə salıb - oktyabrın 12-də 21 yaşadək futbolçular arasında 2025-ci il Avropa çempionatının seçmə turnirində İsrail və Estoniya yığmaları, oktyabrın 17-də isə İsrail və Almaniya yığmaları qarşılaşmalı idi..