...

Azərbaycan millisi yenə uduzdu

İdman Materials 13 Oktyabr 2023 20:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən “IHF Trophy”də növbəti oyununa çıxıb.

Trend xəbər verir ki, yığma Bolqarıstanla üz-üzə gəlib.

Qarşılaşma rəqibin 48:25 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 iki gün əvvəl meydan sahibi Kosovoya 8:49 hesabı ilə məğlub olmuşdu.

Xəbər lenti

Xəbər lenti