...

Fərid Qayıbov Avropa Çempionatında iştirak edən Azərbaycan nümayəndə heyəti ilə görüşüb

İdman Materials 20 Noyabr 2023 12:24 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın gənclər və idman naziri, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov noyabrın 19-da Türkiyənin Antalya şəhərində keçirilən aerobika gimnastikası üzrə 13-cü Avropa Çempionatında iştirak edən Azərabaycan nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından (AGF) bildiriblər.

Avropa Çempionatında Azərbaycanı gimnastlar Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova təmsil edib.

Qeyd edək ki, aerobika gimnastikası üzrə 13-cü Avropa Çempionatı 17-19 noyabr tarixlərində Antalyada keçirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti