...

Türkiyə Super Liqasının oyununda baş hakimə hücum edilib

İdman Materials 12 Dekabr 2023 01:57 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində "Ankaragücü" ilə "Rizespor" komandaları arasında keçirilən matçdan sonra oyunun baş hakimi Halil Umut Melərə hücum edilib.

Trend-in məlumatına görə, oyundan sonra "Ankaragücü" prezidenti Faruk Koca baş hakimə yumruq vurub.

Daxili işlər naziri Əli Yerlikaya "Ankaragücü" prezidenti Faruk Kocanın təhlükəsizlik qüvvələrinin nəzarəti altında xəstəxanada müalicə olunduğunu və müalicədən sonra saxlanılma prosedurlarının həyata keçiriləcəyini açıqlayıb.

Nazir Yerlikaya hakimə hücum edən daha iki nəfərin Ankara Qərb Respublika Prokurorluğunun göstərişi ilə saxlanıldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti