Bakı. Trend:
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Trend xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə bu raundun cütlükləri müəyyənləşib.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası pley-offda İspaniyanın “Betis” klubu ilə qarşılaşacaq.
Konfrans Liqası
Pley-off
“Şturm” (Avstriya) - “Slovan” (Slovakiya)
“Servett” (İsveçrə) - “Ludoqorets” (Bolqarıstan)
“Union” (Belçika) - “Ayntraxt” (Almaniya)
“Betis” (İspaniya) - “Dinamo” (Zaqreb, Xorvatiya)
“Olimpiakos” (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan)
“Ayaks” (Niderland) - “Budyo-Qlimt” (Norveç)
“Molde” (Norveç) - “Legiya” (Polşa)
“Makkabi” (Hayfa, İsrail) - Gent (Belçika)
Qeyd edək ki, pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək.