...

Xankəndi stadionu işıqlandırıldı, lövhələr quraşdırıldı (FOTO)

İdman Materials 20 Dekabr 2023 16:52 (UTC +04:00)

Bakı. Trend:

Xankəndi stadionunda "Qarabağ" - MOİK oyunu ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

Trend xəbər verir ki, artıq stadionunda yeni oturacaqların quraşdırılması başa çatıb.

Tribunanın arxa qapılarından birinin üzərində böyük hərflərlə "Qarabağ Azərbaycandır", digərində isə "Xankəndi" sözləri yazılıb.

Xankəndi stadionundan yeni şəkillləri sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda başlayacaq.

Xəbər lenti

Xəbər lenti