...

Bu gün “Qarabağ” Xankəndidə tarixi oyuna çıxır (FOTO)

İdman Materials 21 Dekabr 2023 10:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Trend xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Xankəndidə olacaq. Tarixi oyunda “Qarabağ” I Liqa təmsilçisi MOİK-i sınağa çəkəcək.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.

Mərhələnin son oyunu isə Bakıda “Neftçi” və “Qaradağ Lökbatan” komandaları arasında baş tutacaq. “Neftçi Arena”dakı matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail” və “Zirə” komandaları 1/4 finala adlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti