...

“Qəbələ” - “Qarabağ” matçındakı insidentə görə cəzalar bəlli oldu

İdman Materials 1 Fevral 2024 13:44 (UTC +04:00)
“Qəbələ” - “Qarabağ” matçındakı insidentə görə cəzalar bəlli oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA U-16 Liqasında keçirilmiş “Qəbələ” – “Qarabağ” matçında futbolçular arasında dava düşüb.

Trend milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hadisə qarşılaşmanın ikinci hissəsində baş verib.

Meydan sahiblərindən Rəvan Poladlı və Əfqan Əliyev, Ağdam klubundan isə Rəşid Tariverdiyev ilə Abdulaziz Cabbarlı 57-ci dəqiqədə rəqibi vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Onların hər biri qarşıdakı 4 matçı buraxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti