...

UEFA Çempionlar Liqası: "Real Madrid" "Leyptsiq"i məğlub edib

İdman Materials 14 Fevral 2024 02:27 (UTC +04:00)
UEFA Çempionlar Liqası: "Real Madrid" "Leyptsiq"i məğlub edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın "Real Madrid" klubunun futbolçuları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Almaniyanın "Leyptsiq"inə 1:0 hesabı ilə qalib gəliblər.

Trend-in məlumatına görə, görüş Almaniyada baş tutub.

Qolu 48-ci dəqiqədə Brahim Diaz vurub.

Günün digər oyununda İngiltərənin “Mançester Siti” klubu səfərdə Danimarkanın “Kopenhagen” komandasını 3:1 hesabı ilə məğlub edib. Qalib komandanın heyətində qolları Kevin De Bruyne (10-cu dəqiqə), Bernardo Silva (45+1), Fil Foden (90+2) vurub. Meydan sahiblərinin heyətində Maqnus Mattsson (34) qola imza atıb.

Cavab qarşılaşmaları martın 6-da Madrid və Mançesterdə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti