...

Bakıda daha istəkli və daha düzgün oynayacağıq - Qurban Qurbanov

İdman Materials 21 Fevral 2024 13:18 (UTC +04:00)

Bakı. Trend:

Sabah həqiqətən bizim üçün çox vacib və dəyərli oyun olacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” (Portuqaliya) ilə cavab matçından öncə keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, bu barədə çox danışmaq istəmir:

“Rəqib barədə çox danışmağa ehtiyac yoxdur. Portuqaliyada da qeyd etmişdim ki, bizi bu hesab aldatmamalıdır. İnanıram ki, futbolçularım Bakıda daha istəkli və daha düzgün oynayacaqlar. Həmçinin, soyuqqanlı oyun nümayiş etdirəcəklər. Sabaha kimi vaxtımız var. Əlimizdən gələni edib, şansımızdan istifadə edəcəyik”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Braqa” görüşü sabah saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti