...

Azərbaycan Premyer Liqasında baş məşqçi istefalarının sayı 4-ə çatdı

İdman Materials 24 Fevral 2024 13:29 (UTC +04:00)
Azərbaycan Premyer Liqasında baş məşqçi istefalarının sayı 4-ə çatdı

Bakı. Trend:

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının cari mövsümündə istefa verən 4-cü mütəxəssisdir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, mövsümün əvvəlki 23 turunda 3 klub çalışdırıcısı ilə yollarını ayırıb.

"Kəpəz"də Azər Məmmədov 12 oyun duruş gətirib. Sonradan bir matçda onu Etibar İbrahimov əvəzləyib və ardınca Adil Şükürov baş məşqçi təyin olunub.

"Neftçi" mövsümün ilk yarısı bitən kimi Adrian Mutu ilə vidalaşıb. 18 turdan sonra rumıniyalını monteneqrolu Miodraq Bojoviç əvəzləyib.

"Sabah" isə hələ də baş məşqçi axtarır. Kubok görüşündən sonra istefa verən Murad Musayev çempionatda 20 tur iş başında olub. Hazırda komandaya İqor Ponomaryov və məşqçilər korpusu rəhbərlik edir.

Qeyd edək ki, "Qəbələ" çempionatın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti