...

Azərbaycanlı hakim Türkiyənin oyununa təyinat aldı

İdman Materials 28 Fevral 2024 14:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan hakimi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

FİFA referisi bu gün qadın futbolçulardan ibarət Türkiyə və Rumıniya millilərinin yoldaşlıq görüşünün baş hakimi olacaq. Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.

Qeyd edək ki, matç Türkiyənin Antalya şəhərində yerləşən “Atatürk” Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti