...

Bu gün biz Xankəndindəyik, bundan gözəl və şərəfli nə ola bilər - Cavid Qurbanov

İdman Materials 29 Fevral 2024 09:40 (UTC +04:00)
Bu gün biz Xankəndindəyik, bundan gözəl və şərəfli nə ola bilər - Cavid Qurbanov

Bakı. Trend:

Bu gün biz Xankəndindəyik. Bundan gözəl və şərəfli nə ola bilər?.

İdman.biz-in Xankəndinə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Xankəndidə keçirilən ultura marafonun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, illər ərzində bütün ağrı və acını birlikdə yaşamışıq: “Mən özüm əslən Kəlbəcər rayonundanam. 30 il öncə ata-baba yurdumdan çıxmışdım. Prezident İlham Əliyevin başçılığı ilə bizim müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bütün bunların nəticəsində biz bu gün Xankəndidə tədbir təşkil edirik. Mənim üçün bundan gözəl heç nə ola bilməz. Hər bir azərbaycanlı üçün bu, fəxarətdir. Gözümüz aydın olsun”.

Qeyd edək ki, 64 atletin iştirak etdiyi ultura marafon yarışı martın 4-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti