Bakı. Trend:
3 yerli basketbolçunun meydanda olması səbəbindən oyun sistemində dəyişikliklər etmək məcburiyyətində qaldıq. Bu da bizə müsbət təsir etmədi.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu "Gəncə" basketbol klubunun baş məşqçisi Bedri Meriç Azərbaycan kubokunda "Sərhədçi"yə 63:99 hesablı məğlubiyyətdən sonra deyib.
Türkiyəli mütəxəssis uduzmalarının günahını öz üzərinə götürüb:
"Bəlkə də, ən pis oyunumuzu keçirdik. Ona görə də azarkeşlərimizdən, bizi son oyunda tribunada dəstəkləyənlərdən üzr istəyirəm. Fanatları çox yaxşı anlayıram, onlar komandanı daha yaxşı yerlərdə görmək istəyirlər.
Ümid edirəm ki, gələcəkdə etimadı doğruldacağıq. Bəhanə gətirmək istəmirəm, bütün məsuliyyət mənim üzərimdədir. Kubok turnirində daha iki güclü rəqiblə oyunumuz var. Mübarizə aparacağıq. Bizim üçün əsas olan çempionatdakı oyunları uğurla başa vuraraq liqanı daha üst sıralarda bitirməkdir”.