...

Zədə dünya çempionunu yığmadan kənarda qoyub

İdman Materials 19 Mart 2024 01:14 (UTC +04:00)
Zədə dünya çempionunu yığmadan kənarda qoyub

Bakı. Trend:

Lionel Messi Argentina yığmasının mart oyunlarında iştirak etməyəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, dünya çempionu zədə üzündən millinin heyətinə cəlb olunmayıb.

“İnter Mayami”də çıxış edən Lionel ABŞ Liqasının son turunda meydanı vaxtından əvvəl tərk edib. Messinin sağ ayağı əzələsində ağrılar olduğu bildirilib. Ulduz futbolçu Salvador (22 mart) və Kosta-Rika (26 mart) ilə keçiriləcək yoldaşlıq oyunlarında iştirak etməyəcək.

Qeyd edək ki, Messi “İnter Mayami”nin heyətində 2024 mövsümündə 5 oyunda 5 qol vurub, 2 ötürmə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti