...

Danışılmış oyunların nəticələri niyə ləğv edilmir? - AFFA-dan AÇIQLAMA

İdman Materials 19 Mart 2024 12:48 (UTC +04:00)
Danışılmış oyunların nəticələri niyə ləğv edilmir? - AFFA-dan AÇIQLAMA

Bakı. Trend:

Azərbaycanda danışılmış oyunlarda iştirak edənlərlə bağlı yaranmış durum heç bir matçın nəticəsinə təsir etməyəcək.

Trend xəbər verir ki, bu barədə İdman.biz-ə AFFA-dan məlumat verilib.

Bildirilib ki, bir neçə futbolçu danışılmış oyunlara görə cəzalandırılıb, hətta futboldan ömürlük uzaqlaşdırılsa da, bu, turnir cədvəlində hansısa dəyişikliyə səbəb olmayacaq. Komandalar mübarizəsinə qaldığı yerdən davam edəcəklər. Bununla bağlı AFFA-nın İntizam Komitəsi qərar verib.

Qeyd edək ki, AFFA-nın İntizam Komitəsinin qərarı ilə Fəhmin Muradbəyli, Ege Atlam (hər ikisi “İrəvvan”, I Liqa) Rüfət Həsənov (“Azərbaycan Qartalları”, uşaqlar) və Yusif Rüstəmov danışılmış oyunlarda iştiraka görə ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Həmçinin, Ramin Məhərrəmov, Kamal Mirzəyev (hər ikisi “İrəvvan”, I Liqa), Vüqar Rəhimov (“Baku Sporting”, II Liqa), Xətai Ramazanlı (“Lerik”, II Liqa) və Elvin Xudadatov (“Qusar”, II Liqa) fərqli müddətə diskvalifikasiya olunublar.

Xəbər lenti

Xəbər lenti