...

Kolumbiyalı futbolçu məşq zamanı yıxılaraq ölüb

İdman Materials 24 Mart 2024 23:32 (UTC +04:00)
Kolumbiyalı futbolçu məşq zamanı yıxılaraq ölüb

Bakı. Trend:

Boliviyanın "Real Santa Cruz" komandasının kolumbiyalı futbolçusu Qilyermo Beltran 24 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

İspaniyanın "Marca" qəzeti xəbər verib, futbolçu məşq zamanı huşunu itirib. Q.Beltran dərhal xəstəxanaya çatdırılıb və ürəyi dayanması səbəbindən orada dünyasını dəyişib.

Q.Beltran "Real Santa Cruz"da 21 oyun keçirib və 1 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti