...

Bolqarıstan “dişimizə” görədir - Rahid Əmirquliyev

İdman Materials 25 Mart 2024 16:04 (UTC +04:00)
Bolqarıstan “dişimizə” görədir - Rahid Əmirquliyev

Bakı. Trend:

Bolqarıstan millisi barədə çox danışa bilmərəm.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev deyib.

O, FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan "FİFA series- Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan matçını dəyərləndirib. Veteran futbolçu bildirib ki, rəqibin hazırkı durumu barədə az məlumatlıdır:

“Əlbəttə, Bolqarıstan millisi monqollardan daha ciddi rəqibdir. Bu səbəbdən yığmamızı çətin oyun gözləyir. Monqolustandan nə qədər güclü olsaq da, Bolqarıstan “dişimizə” görədir. Daha məsuliyyətli olmalıyıq. Meydanda da sürətli, dinamik oyun göstərməliyik. İstəsək, rəqibin üstəsindən gələ bilərik”.

Qeyd edək ki, yığma Bolqarıstanla bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti