...

İtaliya Kuboku: "Yuventus" "Latsio"nu məğlub edib

İdman Materials 3 Aprel 2024 02:23 (UTC +04:00)
İtaliya Kuboku: "Yuventus" "Latsio"nu məğlub edib

Bakı. Trend:

Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinə start verilib.

Trend-in məlumatına görə, günün yeganə oyununda "Yuventus" "Latsio"nu qəbul edib. Görüş "qoca sinyora"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qolları Federiko Kyeza və Duşan Vlahoviç vurub.

Komandalar arasında cavab oyunu aprelin 23-də keçiriləcək.

Qeyd edək ki, yarımfinalın digər oyunu aprelin 3-də "Fiorentina" və "Atalanta" komandaları arasında baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti