...

“Neftçi” “Qarabağ”la yarımfinaldakı cavab oyununa itki ilə çıxacaq

İdman Materials 3 Aprel 2024 15:00 (UTC +04:00)

Bakı. Trend:

“Neftçi” Azərbaycan kubokunun “Qarabağ”la yarımfinaldakı cavab oyununa itki ilə çıxacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Eddi İsrafilov səfər matçını buraxacaq.

32 yaşlı yarımmüdafiəçi cəzalı duruma düşüb. O, “Qarabağ”la evdəki ilk qarşılaşmada (0:4) sarı vərəqə alıb. Eddi 1/4 finalın “Sumqayıt”la səfər (3:2) matçında da sarı vərəqə aldığı üçün 2-ci xəbərdarlığa görə qarşıdakı oyunu buraxacaq.

Qeyd edək ki, yarımfinalın cavab oyunları çərçivəsində baş tutacaq “Qarabağ” – “Neftçi” matçı aprelin 24-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti