Bakı. Trend:
Bakı Olimpiya İdman Kompleksində "Ocaq Sport" klubunun bədii gimnastika üzrə açıq birincilik yarışlarının yekun gününə start verilib.
Trend xəbər verir ki, yarışların son günü yeniyetmələr və gənclər arasında mükafatçılar müəyyən ediləcək.
"Ocaq Sport" klubunun bədii gimnastika üzrə açıq birinciliyi 4-6 aprel tarixlərində keçirilir. Yarışlarda 180-dən çox gimnast iştirak edir.
Yarışlarda "Ocaq Sport" klubunun təmsilçiləri ilə yanaşı, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdmanı Sarayı, və Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, "Ocaq Sport" klubunun Hövsan bölməsi və Şağan Olimpiya İdman Kompleksinin yetirmələri də iştirak edir.
Yarışlar balacalar (2017-2018-ci il), uşaqlar (2014-2016-cı il), yeniyetmələr (2011-2013-cü il) və gənclər (2009-2020-cu il) yaş kateqoriyaları üzrə keçirilir. Fərdi proqramda çıxış edən gimnastlarla yanaşı, birincilikdə 2017-2018, 2014-2016, 2013-2012-ci il təvəllüdlü idmançılardan ibarət komandalar qrup hərəkətləri ilə çıxış edirlər.
(Tərcümə: Rəna Əbdürəhmanova)