...

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"la heç-heçə edib

İdman Materials 7 Aprel 2024 21:50 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"la heç-heçə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun mərkəzi qarşılaşması keçirilib.

Trend-in məlumatına görə, “Mançester Yunayted” öz meydanında turnir cədvəlinin lideri “Liverpul”la qarşılaşıb.

Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Bruno Fernandeş və Mayno fərqləniblər. Qonaqların qollarına isə Diaz və Salah imza atıblar.

Beləliklə, 31 turdan sonra hesabında 71 xal olan Liverpul ikinci pilləyə enib. Onunla eyni xal toplayan “Arsenal” isə zirvəni ələ keçirib. Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Mançester Siti”nin hesabında 70 xal var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti