...

Azərbaycanın 3x3 basketbol millisi “Paris-2024”ə vəsiqə qazanıb

İdman Materials 14 Aprel 2024 14:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın basketbolun 3x3 növü üzrə qadın yığması tarixi uğura imza atıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, komandamız Honkonqda təşkil olunan Olimpiya Təsnifat Turnirindəki Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Komandamız bu gün öncə yarımfinalda Macarıstanla qarşılaşıb. B qrupunda 2-ci yeri tutan Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Mersedes Uolkerdən ibarət yığmamız finala gedən yolda rəqibini 21:19 hesabı ilə məğlub edib.

Basketbolçularımız finalda Polşa yığması ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 16:16 hesabı ilə yekunlaşsa da, yığmamız əlavə vaxtda 18:17 hesabı ilə qalib gələrək, Paris Olimpiadasına vəsiqəni rəsmiləşdirib.

Bununla da Azərbaycan Oyunlarda həm basketbolçular, həm də komanda idman növündə ilk dəfə təmsil olunacaq.

Qeyd edək ki, yığmamız qrupda Çilini 17:14, Monqolustanı 13:12 hesabı ilə məğlub edib, Niderlanda uduzub – 11:15.

Basketbol 3x3
Olimpiya Təsnifat Turniri
Yarımfinal

Macarıstan - Azərbaycan - 19:21

Niderland - Polşa - 12:20

Final

Azərbaycan - Polşa - 18:17 (OT)

Xəbər lenti

Xəbər lenti