...

"Zirə"nin sabiq futbolçusu vəfat etdi

İdman Materials 16 Aprel 2024 10:51 (UTC +04:00)
"Zirə"nin sabiq futbolçusu vəfat etdi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

"Zirə" futbol klubunun sabiq müdafiəçisi Yozef Bum vəfat edib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin "Antalyaspor" futbol klubu sosial şəbəkədə məlumat paylaşıb.

Paylaşımda "Antalyaspor" klubunun adından futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verilib. 37 yaşlı futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 2017-2018 mövsümündə "Zirə"nin heyətində çıxış etmiş kamerunlu futbolçu daha əvvəl Türkiyənin "Mersin İdman Yurdu" və "Antalyaspor" futbol klublarında oynayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti