Bakı. Trend:
Bu gün Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatında yunan-Roma növü üzrə mübarizəyə yekun vurulub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın üçüncü günündə daha 5 çəkidə mükafatçılar bəlli olacaq.
Azərbaycan millisinin dörd “klassiki” də medal uğrunda güləşib. Onlar uğurlu çıxış edərək, fəxri kürsüdə yer alıblar.
Yunan-Roma güləşi
6️0 kq
Nihad Quluzadə finalda türkiyəli Mert İlbarsı sınağa çəkib. Görüş
rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nihad Avropa
çempionatını gümüş medalla başa vurub.
72 kq
Ruslan Nurullayev bürünc uğrunda görüşüb. O, Petar Qornyaşkiyə
(Bolqarıstan) 7:4 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü
pilləsində yer alıb.
8️2 kq
Qurban Qurbanov finalda İslam Alıyevlə (AİN) güləşib. Güləşçimiz
8:2 hesabı ilə inamlı qələbə qaznaraq, Avropa çempionu tituluna
yiyələnib.
9️7 kq
Murad Əhmədiyevin təsəlliverici görüşdə estoniyalı Riçard Karelsona
sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək bürünc medal
uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, 3-cü yer uğrunda Aapo
Viitalani (Finlandiya) vaxtından əvvəl məğlub edərək, bürüncə sahib
çıxıb.
Beləliklə, yunan-Roma güləşi üzrə yığmamız Avropa çempionatını 3 qızıl, 1 bürünc və 4 bürünclə tamamlayıb.
Qeyd edək ki, yığmamız yunan-Roma növündə bir gün öncə 2 qızıl və 2 bürünc medal qazanıb.