...

Bu gün UEFA Konfrans Liqasının qalibi bəlli olacaq

İdman Materials 29 May 2024 09:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Konfrans Liqasının 2023/24 mövsümünün qalibi müəyyənləşəcək.

Trend xəbər verir ki, final matçında Yunanıstan "Olimpiakos"u İtaliya "Fiorentina"sını qəbul edəcək.

Afinadakı "AEK Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü referi portuqaliyalı Artur Diaş idarə edəcək.

Qeyd edək ki, Konfrans Liqasının son qalibi "Vest Hem"dir.

29 may

Konfrans Liqası, final

23:00. "Olimpiakos" (Yunanıstan) - "Fiorentina" (İtaliya)

Baş hakim: Artur Diaş

Afina, "AEK Arena".

Xəbər lenti

Xəbər lenti