Bakı. Trend:
"İdman Bizimlə"nin növbəti buraxılışı yayımlanıb. Verilişin budəfəki qonağı paraatletika üzrə dördqat dünya çempionu, ikiqat Paralimpiya medalçısı və dünya rekordçusu Lamiyə Vəliyeva olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, idmana gəlişindən söz açan qonağımız məhz atletikanı seçməsinin səbəblərindən danışıb. Paris-2024 Yay Paralimpiya Oyunlarına hazırlaşan lisenziyaçı Fransa paytaxtında özündən gözləntilərinin yüksək olduğunu qeyd edib.