...

Lunyov Moskvanın "Dinamo" klubunda çıxış edəcək

İdman Materials 17 İyun 2024 19:55 (UTC +04:00)
Lunyov Moskvanın "Dinamo" klubunda çıxış edəcək

Bakı. Trend:

“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov “Dinamo”da çıxış edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, bu gün tibbi müayinədən uğurla keçib.

32 yaşlı qolkiper Moskva klubu ilə "2+1" illik müqavilə imzalayacaq. Lunyovun illik əmək haqqısı 900 min avro olacaq.

Qeyd edək ki, 2023/2024 mövsümünü “Qarabağ”da keçirən Andrey 43 oyunda komandanın qapısını qoruyub. O, Azərbaycan çempionu və kuboku titullarını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti