...

Azərbaycanlı ağırlıqqaldırandan Avropa birinciliyində üç medal birdən

İdman Materials 19 İyun 2024 07:54 (UTC +04:00)
Azərbaycanlı ağırlıqqaldırandan Avropa birinciliyində üç medal birdən

Bakı. Trend:

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yaşı 15-ə qədər olan atletlər arasında yarıışan Elman Kurdanov (67 kq) gümüş medal qazanıb.

O, birdənqaldırma hərəkətində 100 kq-ı ram edərək, Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. Atletimiz təkanla qaldırma hərəkətində 124 kq-ı baş üzərinə qaldırıb. Bu ona gümüş qazandırıb. Toplamda 224 kq (100+124) nəticə ilə Elman yekun sıralamada da gümüşə sahib çıxıb.

Qeyd edək ki, yaşı 15-ə qədər olan atletlər arasında Kamran Xappayev (61 kq) qızıl, Nuray Əbilova (40 kq) gümüş, Malikə Biçekuyeva (55 kq) bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti