Bakı. Trend:
Bədii gimnastika üzrə Azərbaycan yığması İtaliyada keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Olimpiya Ehtiyatları Gimnastika Məktəbini təmsil edən idmançılar Parmadakı yarışa qatılıblar.
Komandamız turnirdə müxtəlif yaş qruplarında ümumilikdə 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıb. Ənənəvi xarakter daşıyan Parma turniri ardıcıl 16-cı dəfə təşkil olunub.
15 yaşlılar arasında Leyla Məhəmmədova 1-ci yeri tutub.