...

Yığmamızın futbolçusu Rusiya klubuna transfer olunub

İdman Materials 21 İyun 2024 10:10 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan millisinin futbolçusu Ayşən Əhmədova karyerasını Rusiyada davam etdirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi “Krılya Sovetov”a transfer olunub.

O, mövsümün sonuna kimi bu komandanın formasını geyinəcək.

“Krılya Sovetov” 11 turdan sonra 5 xalla Rusiya çempionatında 11-ci yerdə qərarlaşıb. Samara təmsilçisi rəqiblərindən 2 oyun az keçirib.

Qeyd edək ki, Əhmədova ötən mövsüm PAOK-un heyətində Yunanıstan çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti