...

AVRO-2024: Portuqaliya Türkiyəni məğlub edib (VİDEO)

İdman Materials 22 İyun 2024 21:55 (UTC +04:00)
AVRO-2024: Portuqaliya Türkiyəni məğlub edib (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada keçirilən AVRO-2024-ün F qrupunda II tura yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, günün ikinci matçında Türkiyə və Portuqaliya qarşılaşıb.

F qrupunun liderlərinin görüşündə Portuqaliya böyükhesablı qələbə qazanıb. Kriştiano Ronaldonun komandası Türkiyə yığmasının qapısından 3 cavabsız top keçirib. Bu qələbə portuqaliyalıları 1/8 finala yüksəldib.

Qeyd edək ki, qrupda III turun görüşləri iyunun 26-da keçiriləcək.

AVRO-2024
Qrup mərhələsi, II tur
22 iyun, F qrupu
20:00.Türkiyə - Portuqaliya - 0:3
Qollar:
Bernardo Silva, 21. Samet Akaydın, 28 (öz qapısına). Bruno Fernandeş, 56
Baş hakim: Feliks Zvayer (Almaniya)
Dortmund. Vestfalenştadion

Məqalədə:
Xəbər lenti

Xəbər lenti