...

İlk səhvimizdə bizi cəzalandırdılar - Vinçenzo Montella

İdman Materials 23 İyun 2024 00:31 (UTC +04:00)

Bakı. Trend:

Biz ilk 20 dəqiqəni yaxşı oynadıq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella deyib.

İtaliyalı mütəxəssis AVRO-2024-ün 2-ci turunda Portuqaliyaya 0:3 hesablı məğlubiyyəti şərh edib: “Qol vəziyyətləri yaratsaq, ilk səhvimizdə bizi cəzalandırdılar. İkinci qol – futbolda belə hallar baş verir. Portuqaliya Avropanın ən yaxşı komandalarında biridir. Biz diqqətimizi növbəti oyuna yönəltməliyik”.

Qeyd edək ki, 2 oyundan sonra hesabında 3 xal olan Türkiyə yığması qrupda 2-cidir.

Xəbər lenti

Xəbər lenti