...

“Çelsi” müdafiəçini 37,5 milyona satıb

İdman Materials 24 İyun 2024 07:23 (UTC +04:00)

Bakı. Trend:

“Aston Villa” niderlandlı müdafiəçi İan Matsenlə güclənəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Çelsi”nin futbolçusu tibbi müayinədən uğurlu keçib.

Bu sövdələşmə London klubuna 37,5 milyon funt qazandıracaq. “Aston Villa” 22 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Matsen son mövsümün ikinci hissəsini icarə əsassında “Borussiya”da (Dortmund) keçirib. O, Almaniya klubunda 23 oyunda 3 qol və 2 ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti