...

Amerika Kuboku: Kolumbiya qalib gəlib, Braziliya xal itirib

İdman Materials 25 İyun 2024 07:21 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin ev sahibliyi etdiyi Amerika Kubokunda (Copa America) növbəti oyunlar baş tutub.

Trend-in məlumatına görə, D qrupun ilk matçında Kolumbiya və Paraqvay yığmaları üz-üzə gəlib. Görüş kolumbiyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər görüşdə ilə Braziliya ilə Kosta-Rika qarşılaşıb. Matç qolsuz bərabərliklə bitib.

Qeyd edək ki, Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti