Bakı. Trend:
Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatında ilk günü iki medalla başa vurublar.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 9 cüdoçusu tatamiyə çıxıb.
Təmsilçilərimizdən Bahadır Feyzullayev qızıl medal qazanıb. Daha 1 cüdoçumuz bürünc qazanıb.
Oğlanlar
50 kq
Bahadır Feyzullayev ilk görüşdə Maykl Eydana (İsrail), ardınca
Furkan Gülə (Türkiyə) qalib gəlib.
Məmmədəli Hüsiyev Nelu Malik (Moldova) və Tomas Gedoni (İtaliya) üzərində qələbələri sıralayıb.
Yarımfinalda təmsilçilərimiz üz-üzə gəlib. Qələbə qazanan Feyzullayev qızıl medal uğrunda Rostislav Kostrıkinlə üz-üzə gəlib. Qalib gələn cüdoçumuz Avropa çempionu olub. Hüsiyev isə bürünc uğrunda görüşdə erməni Şavarş Nahapetyana qalib gəlib.
55 kq
Nihad Məmişov ilk görüşdə Aleks Miloşeviçə (Serbiya) uduzub.
60 kq
Nihad Rəhimov öncə Kyartan Qrey (İslandiya), ardınca Tomas
Palilloya (İtaliya) qalib gəlsə də, 1/4 finalda Yakub Kurovskiyə
(Polşa) uduzub. O, yoluna təsəlliverici mərhələdə Emil Rəcəbxanov
(AİN) üzərində qələbə qazanan cüdoçumuz bürünc uğrunda qarşılaşmada
Şalev Koenlə (İsrail) görüşüb. Nihad uduzaraq, yarışı medalsız başa
vurub.
Qızlar
40 kq
Xədicə Abdullayeva ilk qarşılaşmasında Ema Vasilyevaya
(Bolqarıstan) məğlub olub.
44 kq
Leyla Ələkbərova Stella Papai (Macarıstan) və Yuvay Qabaya
(Macarıstan) qalib gələrək 1/4 finala adlayıb. İdmançımız bu
mərhələdə Natalya Proliç (Serbiya), təsəlliverici raundda Kalina
Qriqorova (Bolqarıstan) səddini keçə bilməyib.
Nərmin Məmmədli Xantia Stilianu (Kipr) üzərində qələbədən sonra
Yeva Evinqə (Böyük Britaniya) məğlub olub.
48 kq
Diana Eldarova Noa Hadar (İsrail) və Xrisrina Xristoforu (Kipr)
mübarizədən kənarlaşdırıb. O, Şarlotta Nittesneymə (Almaniya)
uduzub. Diana bürünc uğrunda görüşdə Sofiya Zaxarovaya (AİN)
uduzub.
Nuranə Hacızadə isə Petra Culyaka (Bosniya və Herseqovina) qalib gəlsə də, 1/8 finalda Elif Kılıcla (Türkiyə) bacarmayıb.