Bakı. Trend:
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bu gün müəyyənləşəcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin qarşılaşacağı komanda I təsnifat mərhələsinin Cəbəllütariqdəki cavab oyununda bəlli olacaq.
“Linkoln” Malta təmsilçisi “Hamrun Spartans”ı qəbul edəcək. Səfərdə 1:0 hesabı ilə qalib gələn Cəbəllütariq klubu II təsnifat mərhələsinə yüksəlmək üçün üstünlüyünü qorumağa çalışacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 23-24-də və 30-31-də keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
16 iyul
20:00. “Linkoln” – “Hamrun Spartans”
İlk oyun – 1:0