...

"Sabah" Konfrans Liqasında mübarizəyə başlayır

İdman Materials 25 İyul 2024 13:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Sabah" bu gün Konfrans Liqasında mübarizəyə başlayacaq.

Trend xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Makkabi" (Hayfa, İsrail) ilə qarşılaşacaq. İsraildəki müharibə şəraiti səbəbindən matç neytral meydanda - Macarıstandakı "Varkert Sportpalya" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:15-də başlayacaq. Matçı belçikalı hakimlər briqadası idarə edəcək.

"Sabah" - "Makkabi" cütünün qalibi növbəti mərhələdə "Sent-Patriks Atletik" (İrlandiya) - "Vadus" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq və ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, "Sabah"la "Makkabi" arasında cavab görüşü avqustun 1-də Bakıda olacaq.

Konfrans Liqası, ilk oyunlar

25 iyul

21:15. "Makkabi" (Hayfa, İsrail) - "Sabah" (Azərbaycan)

Hakimlər: Natan Verbumen, Matias Hillaert, Ruben Vins, Uesli De Kremer

"Varkert Sportpalya", Macarıstan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti