...

Badmintonçumuz Yay Olimpiya Oyunlarında mübarizəni dayandırdı (FOTO)

İdman Materials 29 İyul 2024 11:25 (UTC +04:00)
Badmintonçumuz Yay Olimpiya Oyunlarında mübarizəni dayandırdı (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Paris. Trend:

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Trend xəbər verir ki, idmançımız qrup mərhələsindəki ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmor ilə üz-üzə gəlib.

Böyük Britaniyalı idmançıya uduzan təmsilçimiz yarışla vidalaşmalı olub - 0:2 (13:21, 11:21).

O, iyulun 27-də He Bin Çzyao (Çin) ilə dueldən də məğlub ayrılmışdı - 0:2. Qrupda yalnız birinci yeri tutan idmançı növbəti raunda keçəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti