Bakı. Trend:
Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışları davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün Azərbaycan yığmasının daha bir üzvü rinqə çıxacaq.
Nicat Hüseynov Fransa paytaxtında ilk döyüşünü keçirəcək. 51 kq çəkidə mübarizə aparacaq idmançımız yarışa 1/8 finaldan başlayacaq. O, Yunior Alkantara Reyeslə (Dominikan Respublikası) görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qeyd edək ki, yığmamız Parisə 5 boksçu ilə yollanıb. Onlardan biri Alfonso Dominqes artıq 1/4 finala yüksəlib.