Bakı. Trend:
"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirib ki, son mövsümü Türkiyənin "Manisa" klubunda keçirmiş Sərtan Taşkınla 1+1 illik müqavilə imzalayıb. Milli komandamızın üzvü olan 26 yaşlı futbolçu "Sumqayıt"ın heyətində 2 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 2019/2020 mövsümündə də komandamızda çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.