...

Azərbaycan güləşçisi bürünc uğrunda güləşəcək (FOTO) (ƏLAVƏ OLUNUB-2)

İdman Materials 9 Avqust 2024 21:13 (UTC +04:00)
Azərbaycan güləşçisi bürünc uğrunda güləşəcək (FOTO) (ƏLAVƏ OLUNUB-2)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Paris. Trend:

Azərbaycan sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Trend xəbər verir ki,idmançımız yarımfinalda Geno Petriaşviliyə (Gürcüstan) 0:7 hesabı ilə uduzub.

G.Meşvildişvili avqustun 10-da bürünc medal uğrunda yarışacaq. Onun rəqibi təsəlliverici görüşdə bəlli olacaq.

XXX

15:17

Giorgi Meşvildişvili yarımfinala yüksəlib. Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

125 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/4 final mərhələsində Lxaqvaqerel Munxtur (Monqolustan) ilə qarşılaşıb.

Meşvildişvili rəqibinə (12:2) hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

XXX
14:25

Giorgi Meşvildişvili 1/4 finala vəsiqə qazanıb.

Trend xəbər verir ki, Azərbaycan sərbəst güləşçisi Giorgio Mesvildisvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ilk oyununu kecirib.

125 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə qarşılaşıb

Meşvildişvili rəqibinə (4:0) hesabı ilə qələbə qazanaraq 1/4 finala vəsiqə qazanib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti