Bakı. Trend:
Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları bəlli olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu vəzifəni taekvondoçu Qaşım Maqomedov və bədii gimnast Zeynəb Hümmətova yerinə yetirəcəklər.
Bağlanış mərasimi sabah saat 23:00-da start götürəcək.
Maqomedov Olimpiadada gümüş medal qazanıb, Zeynəb Hümmətova isə qrup hərəkətləri komandasının heyətində beşinci yeri tutub.
Qeyd edək ki, açılış mərasimində bayrağımızı Məhəmməd Abdullayev (boks) və Gültac Məmmədəliyeva (cüdo) dalğalandırıblar.