...

Paris-2024: Kotsoyevin fəndi fotomüsabiqənin qalibi olub (VİDEO)

İdman Materials 12 Avqust 2024 23:27 (UTC +04:00)
Paris-2024: Kotsoyevin fəndi fotomüsabiqənin qalibi olub (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçusu Zelim Kotsoyevin "Paris-2024" Yay Olimpiya Oyunlarındakı fəndi əks etdirən foto müsabiqənin qalibi olub.

Trend İdman.biz-ə xəbər verir ki, bu müsabiqəni Avropa Cüdo İttifaqı təşkil edib.

Azərbaycan cüdoçusunun 1/4 finalda israilli Peter Palçiklə görüşdə işlətdiyi fənd səsvermədə 1-ci yeri tutub. Bu şəkli Beynəlxalq Cüdo Federasiyasının (İJF) fotoqrafı Qabriela Sabeu çəkib. Olimpiya çempionumuz bu görüşdə ipponla qələbə qazanıb.

Qeyd edək ki, Zelim finalda İlia Sulamanidzeni (Gürcüstan) məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti