Bakı. Trend:
İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, mundialda bu gün sərbəst güləşçilər mübarizəyə qoşulub.
Xalçaya çıxan Azərbaycan millisinin 5 idmançısından biri yarımfinala yüksəlib.
U-17 dünya çempionatı
Sərbəst güləş
4️8️ kq
Hacıhüseyn Əhmədzadə təsnifat mərhələsində Çingiz Sarıqlara (AİN)
2:11 hesabıyla məğlub olub.
5️5️ kq
Hüseyn Hüseynov türkmənistanlı Azatberdi Aşırquliyevə 3:1 hesabıyla
üstələyərək 1/4 finala yüksəlib. Həmyerlimiz daha sonra tunisli
Mokbel Sahliyə tam üstünlüklə (11:1) qalib gəlib və yarımfinala
vəsiqə qazanıb. Hüseyn finala gedən yolda Puerto-Riko təmsilçisi
Josef Baxmanla qarşılaşıb. 2:5 hesabı ilə uduzan təmsilçimiz bürünc
uğrunda yarışacaq
6️5️ kq
İsa Yusibov 1/8 finalda qazaxıstanlı Bakdaulet Akimjana 0:6
hesabıyla uduzub.
8️0️ kq
Məhəmməd Abbaszadə 1/8 finalda gürcüstanlı Nikolas Masuradzeyə 1:7
hesabıyla məğlub olub. Onun rəqibi finala yüksəldiyindən Məhəmməd
bürünc şansını saxlayıb.
1️1️0️ kq
Muxamad Qantemirov 1/8 finalda amerikalı Maykl Mokko ilə
qarşılaşıb. Rəqib 16:6 hesabıyla qələbə qazanıb. Mokko həlledici
döyüşə vəsiqə qazandığından Qantemirovun medal qazanmaq şansı davam
edir.
Qeyd edək ki, sərbəst güləş üzrə həlledici mərhələnin görüşləri sabah keçiriləcək.