...

Paris-2024: Aybəniz Babayeva 14-cü yeri tutub

İdman Materials 31 Avqust 2024 16:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paris-2024 Yay Paralimpiya Oyunlarında paraatıcılıq yarışları davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün Azərbaycan millisinin daha bir snayperi hədəf önünə keçib.

P2 kateqoriyasında çıxış edən Aybəniz Babayeva 10 metr məsafəyə atəşaçmada mübarizə aparıb. 542 xal toplayan təmsilçimiz təsnifat mərhələsində 14-cü yeri tutub. Finala vəsiqə qazanan 8 iştirakçı arasına düşə bilməyən Aybəniz mübarizəni dayandırıb.

Qeyd edək ki, bu növdə mükafatçılar saat 16:45-də start veriləcək həlledici raundda bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti