...

Lukaku debütdə "Napoli"ni xilas edib

İdman Materials 1 Sentyabr 2024 01:33 (UTC +04:00)

Bakı. Trend:

İtaliya A Seriyasında III turunun 4 oyunu keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, görüşlər meydan sahiblərinin üstünlüyü ilə başa çatıb.

Doğma azarkeşlər qarşısında oynayan komandalar iki qələbə qazanıb, iki matçda isə heç-heçə qeydə alınıb. "Napoli" hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə 2 qol vuraraq, çətin qələbə qazanıb. Neapolluları məğlubiyyətdən xilas edən qolun müəllifi 90+2-ci dəqiqədə yeni transfer Romelu Lukaku olub.

"Latsio" - "Milan" görüşündə isə komandalar hərəyə iki qol vurublar. Milanlılar 3 turdan sonra qələbə qazanmayıblar.

İtaliya A Seriyası
III tur
30 avqust

“Venetsiya” – “Torino” - 0:1
“İnter” – “Atalanta” - 4:0
31 avqust
“Bolonya” – “Empoli” - 1:1
“Leççe” – “Kalyari” - 1:0
“Latsio” – “Milan” - 2:2
“Napoli” – “Parma” - 2:1
1 sentyabr
“Fiorentina” – “Montsa”
“Cenoa” – “Verona”
“Yuventus” – “Roma”
“Udineze” – “Komo”

Xəbər lenti

Xəbər lenti